Naycel Faraj istefası ilə boş qalan yeri dolduraraq Böyük Britaniya Parlamentinə yenidən daxil olub.
İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Böyük Britaniyanın Reform UK sağçı partiyasının lideri Naycel Farac Esseks qraflığının Klakton dairəsində keçirilən təkrar seçkidə qalib gələrək parlamentdəki mandatını yenidən əldə edib.
Farac 22 239 səs toplayaraq seçkidə birinci olub. Onun əsas rəqibi isə gözlənilmədən satirik namizəd Count Binface (“Zibil Üzlü Qraf”) olub. O, 9 455 səs qazanıb.
Farac seçkinin nəticələrinin rəsmi elan edildiyi mərasimdə iştirak etməyib. Siyasətçinin sözlərinə görə, polis ona qarşı hazırlanan kampaniya barədə xəbərdarlıq edib.
Reform UK nümayəndəsi isə təhlükənin “real” olduğunu bildirib.
Təkrar seçkinin keçirilməsinə səbəb Faracın təxminən bir ay əvvəl parlamentdəki araşdırma fonunda deputat mandatından özü imtina etməsi olub.
Böyük Britaniyanın aparıcı siyasi partiyaları təkrar seçkidə namizəd irəli sürməyib. Onlar seçkini Faracın 5 milyon funt sterlinq (təxminən 11,7 milyon manat) məbləğində bəyan edilməmiş hədiyyə ilə bağlı qalmaqaldan diqqəti yayındırmaq cəhdi kimi qiymətləndiriblər.
Faracın parlamentə qayıtmasından sonra həmin məsələ ilə bağlı araşdırma yenidən başlaya bilər.
Qayda pozuntusu müəyyən ediləcəyi təqdirdə, siyasətçi deputat mandatını bir daha itirmək təhlükəsi ilə üzləşə bilər.
Xuraman Etibarlı
İnterpress.az






