Çin Yaponiyanı Kuril adaları ilə bağlı beynəlxalq qaydalara riayət etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çin Yaponiyanı Kuril adaları məsələsində beynəlxalq nizamı qorumağa və İkinci Dünya müharibəsində antifaşist koalisiyanın qələbəsinin nəticələrinə hörmət etməyə çağırıb.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Ciakun Yaponiyanın Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərindən narazılığına cavab olaraq bildirib.
Çin XİN nümayəndəsi qeyd edib ki, Yaponiya beynəlxalq nizamın prinsiplərinə əməl etməli və İkinci Dünya müharibəsinin nəticələrinə hörmətlə yanaşmalıdır.
Qeyd edək ki, Putinin İturup adasına səfəri Yaponiyada narazılıqla qarşılanıb.
Tokio Kuril adalarının cənub hissəsinə dair ərazi iddiasını davam etdirir. Rusiya isə bu ərazilərin ölkənin tərkib hissəsi olduğunu bildirir.
Xuraman Etibarlı
İnterpress.az






