Məktəbli kinoteatra 525 min manat ZİYAN VURDUbackend

Məktəbli kinoteatra 525 min manat ZİYAN VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xabarovskda məktəbli kinoteatra 26 milyon rubl zərər vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Xabarovskdakı ticarət mərkəzlərindən birində məktəbli “buble tea” içkisinin kürəciyini borucuq vasitəsilə IMAX ekranına atıb.

İçkinin kiçik hissəciyi həssas səth üçün dağıdıcı olub və ekranda ləkə yaranıb. İndi IMAX ekranı tamamilə dəyişdirilməlidir.

Səthi dəyişmək üçün ticarət mərkəzinin fasadını söküb yeni konstruksiyanı içəri daxil etmək lazımdır.

Ekranın dəyəri təxminən 6 milyon rubl (təxminən 121 min manat), quraşdırılması isə 20 milyon rubl (təxminən 404 min manat) təşkil edir.

Zalın bağlı qalması səbəbindən kinoteatr sutkada 80 mindən 700 min rubladək (təxminən 1 600 – 14 000 manat) buraxılmış mənfəət zərəri çəkir.

Xuraman Etibarlı

İnterpress.az