ABŞ Dövlət Departamenti diplomatiyada “müxtəliflik və inklüzivlik” proqramlarını dayandırır.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ Dövlət Departamenti amerikalı diplomatların hazırlanması və karyera yüksəlişində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarından imtina etdiyini açıqlayıb.
Qurum bildirib ki, bundan sonra əsas meyarlar şəxsi xidmətlər, peşəkar bacarıqlar və diplomatik xidmətin tələblərinə uyğunluq olacaq.
Xuraman Etibarlı
İnterpress.az






