İşdən çıxarılan əməkdaşın qisası şirkətə BAHA BAŞA GƏLDİbackend

İşdən çıxarılan əməkdaşın qisası şirkətə BAHA BAŞA GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşdən çıxarılan qadın kompüteri söndürüb, rəhbərlik gecə vaxtı İT mütəxəssisi çağırmalı olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

İşdən azad edilən və əşyalarını toplamaq üçün cəmi bir saat vaxt verilən qadın son anda qisas almaq qərarına gəlib.

O, iş yerini tərk edərkən sifarişlərin çap olunduğu vaxt iş kompüterinin naqilini elektrik yuvasından çıxarıb.

Kompüterin sönməsindən panikaya düşən rəhbər gecə yarısı beş il əvvəl işdən çıxardığı İT mütəxəssisini köməyə çağırıb.

Hadisə yerinə gələn mütəxəssis sadəcə kompüteri yenidən qoşub və şirkətə gecə vaxtı edilən zəng üçün hesab göndərib.

Xuraman Etibarlı

İnterpress.az