“Dvach” kanalının sahibindən post oğurluğuna görə 138 min rubl təzminat tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Ukiyo-e Every Day” (“Укиё-э каждый день”) kanalının müəllifi İoan məhkəməyə müraciət edib.
O bildirib ki, “Dvach” administratorları onun rus naşirləri tərəfindən yapon ədəbiyyatının saxtalaşdırılması ilə bağlı paylaşımlarını kopyalayıb, müəllifin imzasını silib, öz səslərini əlavə edib və yenidən paylaşıblar.
Məhkəmə şərqşünasın iddiasını təmin edib və kanalın sahibi Nəriman Namazovu İoana 138 min rubl (təxminən 2 min 800 manat) ödəməyə məcbur edib.
Xuraman Etibarlı
İnterpress.az






