ABŞ prezidenti Donald Trump New York-da keçirdiyi mətbuat konfransında Kurdistan TV müxbirinə \”Çənab Kürd\” deyərək müraciət edib və ona sual vermək haqqı verib. Trump ABŞ-ın kürdlərlə İŞİD-dən sonra münasibətləri necə olacağı barədə suala cavab verərkən deyib: \”Kürdlər möhtəşəm insanlardır. Bizim üçün də ölüblər. Bunu unutmayacağam\”.
Sualı verən müxbir Rəhim Rəşidi sosial media hesablarından \”Mən cənab Kürdəm və bundan çox qürur duyuram\” mesajını paylaşıb. (bbc)
İnterpress.az






