Müharibəyə qarşı çıxan rusiyalı Ermənistanda illərdir özünün qazdığı torpaq daxmada yaşayır.
İnterpress.az xəbər verir ki, bu barədə BILD reportaj yayıb.
52 yaşlı Yuri Alekseyev Ermənistanda ən yaxın kənddən 8 kilometr uzaqda, özünün qazdığı torpaq daxmada yaşayır. Onun yaşayış yeri “Üzüklərin hökmdarı” filmindəki hobbit evlərini xatırladır.
Məlumata görə, Yuri əvvəllər Moskvada yaşayıb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra evinin qarşısına “Müharibəyə yox” yazılı lövhə qoyub və buna görə 15 sutka həbs cəzası alıb. Daha sonra Rusiyanı tərk edərək Ermənistana gedib.
O, əvvəlcə beş ay İrəvanda yaşayıb, daha sonra isti hava və ev heyvanı dovşanının vəziyyəti səbəbindən dağlıq ərazidə özünə daxma qazıb.
Yuri burada sadə həyat sürür, gündəlik həyatı barədə veb-kamera qarşısında canlı yayımlar aparır.
Onun əsas gəlir mənbələri ianələr və reklam gəlirləridir. O, həmçinin günəş enerjisi ilə işləyən sobada keramika zəngləri hazırlayır.
Xuraman Etibarlı
İnterpress.az






