İnterpress.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, boşluq şirkətin mühəndisləri tərəfindən aradan qaldırılıb.
Lakin, hücum olunan profillərdəki məlumatların başqa məqsədlər üçün istifadə edilib-edilmədiyi hələlik bilinmir.
Bu açıqlamadan sonra Feysbuk şirkətinin dəyəri 3 faiz ucuzlaşıb.
Məlumata görə, hakerlər Feysbukdakı “başqasının gözündən gör” funskiyasında boşluq tapıblar və profillərə oradan müdaxilə ediblər. Buna görə həmin funskiya müvəqqəti olaraq bağlanılıb.
Şirkətin təhlükəsizlik şöbəsinin rəhbəri Qay Rozen yaranan problemə görə istifadəçilərdən üzr istəyib.
İnterpress.az