İnterpress.az xəbər verir ki, bunu Kölndə Dini məsələlər üzrə Türkiyə İslam şurasının Mərkəzi məscidinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, çoxsaylı etirazlara baxmayaraq, bir sıra alman siyasətçilər və QHT nümayəndələri məscidin tikintisini dəstəkləyib.
Dövlət başçısının sözlərinə əsasən, məbədin açılışı ixtilaflara son qoyacaq və bütün Almaniyanın fəxrinə çevriləcək. Prezident qeyd edib ki, müsəlman, yəhudi və ya xristianın törətməsindən asılı olmayaraq, terrorçuluq həmişə cinayət kimi dəyərləndirilir. (oxu.az)
İnterpress.az