Bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Onun sözlərinə görə, artıq müraciətlərin yeddisinə də cavab gəlib. Ə.Həsənov bəzilərinin məsələyə formal yanaşdığını desə də, bəzilərinin obyektiv yanaşdığını, hətta üzr istədiyini deyib.
\”Mən bunlar bu yaxınlarda mətbuata verəcəm ki, dərc olunsun. İctimaiyyət də görsün ki, beynəxalq təşkilatar nə ilə məşğudur. Əgər belə bir məsələyə beynəlxalq təşkilat biganə yaraşırsa, ən yaxşı halda üzr istəyirsə o kimə lazımdır?\”.
Komitə sədri beynəxalq təşkilatların öz funksiyalarını yerinə yetirməməsindən, ya icra etməməsindən, ya da etmək istəmədiklərindən təssüfləndiyini də qeyd edib.
Baş nazirin müavini prezidentin də bu məsələ ilə bağlı mütəmadi olaraq maraqlandığını deyib. Ə.Həsənov Ramil Səfərovu ölkəyə gətirən prezidentin girovları da, öz torpağımızda azad edəcəyinə əmin olduğunu deyib.
\”O torpaqlar bizimdir. Bundan əlavə Azərbaycan Avropa Şurası, Avropa məhkəməsinə müraciət etmək üçün sənədlər hazırlayıb. Burada da fikir ayrılıqları var. Belə ki, bəzi hüquqşünaslar deyir biz müraciətlə bu Xankəndində olan məhkəməni tanımış oluruq. Ancaq mən hesab edirəm ki, bu qeyri-adi vəziyyət olduğu və heç bir beynəlxalq qanunvericilik, konvensiya bu şəraitə uyğun gəlmədiyi üçün bu yanaşmalar düzgün deyil. Biz müraciyətimizi, tələbimizi etməliyik. Xankəndi,Şuşa öz torpağımızdır. Ancaq bu vəhşiliyi onlar törədiblər biz sakit durmamalıyıq. Hüquqi baxımdan bütün addımlar atılacaq. Hətta indi mən tapşırıq vermişəm ekstradisiya məsələsini də götür-qoy edirik. Nə üçün onlar orda qalmalıdır?\”. ( anspress.com )
İnterpress.az