Ərdoğan Ceyhun Bayramovla söhbət edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşü çərçivəsində keçirilən Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla söhbətləşib.
Bəştepe sərgi salonunda keçirilən iclas zamanı Ceyhun Bayramov Ərdoğana yaxınlaşaraq onunla bir müddət söhbət edib.
Xuraman Etibarlı
İnterpress.az






