Sabir Rüstəmxanlı jurnalistlərin ölümünə görə başsağlığı verdibackend

Sabir Rüstəmxanlı jurnalistlərin ölümünə görə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Çarli Hebdo” (“Charlie Hebdo”) redaksiyasında törədilən terrorla bağlı Fransa dövlətinə və xalqına başsağlığı verib.

VHP mətbuat xidmətindən daxil olan başsağlığı məktubunda bildirilir:

\” Fransanın paytaxtı Paris şəhərində “çarli Hebdo” (“Charlie Hebdo”) redaksiyasına terrorçuların hücum etməsi və 12 nəfərin qətli bütün Azərbaycan vətəndaşları kimi məni də dərindən sarsıtmışdır.

Öldürülənlərdən 8 nəfərinin jurnalist olması isə bir yazar və keçmiş qəzetçi olaraq bu faktı mənim üçün həm də mənəvi baxımdan ikiqat sarsıdıcı etdi.

Dünyada heç bir rejim, heç bir silah söz azadlığını təhdid edə bilməz. Söz müqəddəsdir və onun təhdidi bütün dünya ziyalılarına, söz adamlarına, demokratik dəyərlərə yönəlmiş hücumdur. Bu baxımdan Fransada jurnalistlərin qətli təkcə Fransa xalqına deyil, bizim hər birimizə qarşı yönəlmiş vəhşilikdir.

Azərbaycan erməni terroru ilə üz-üzə olan, onun faciələrini dəfələrlə yaşayan bir ölkədir və mən bu dəhşətin miqyasını və ağrısını çox gözəl anlayıram. Ona görə də bu ağır günlərdə Sizin dərdinizi bölüşdüyümü, bu faciəni öz faciəm bildiyimi nəzərinizə çatdırır, Sizin simanızda ölənlərin yaxınlarına və bütün Fransa xalqına dərin hüznlə başsağlığı verirəm\”.

İnterpress.az