Bunu İnterpress.az-a açıqlamasında Güney azərbaycanlı deputat Nadir Qazipurun İran Radio-Televiziya sədrinə türkləri təhqir etməməklə bağlı yazdığı açıq məktuba münasibət bildirən millət vəkili Sabir Rüstəmxanlı deyib.
S.Rüstəmxanlı güneyli həmkarının tələbləri ilə həmrəy olduğunu vurğulayaraq artıq parlament kürsüsündən belə müraciətlərin eşidilməsinin təbii hal olduğunu vurğulayıb: “Deputatlar bu barədə dəfələrlə parlament kürsüsündən çıxışlar ediblər. Belə çıxışlarına görə təzyiqlərlə üzləşirlər, amma buna baxmayaraq İran Məclisində tüklərin tarixi, hüquqları ilə bağlı ilə bağlı həmişə söhbətlər olub. Bundan sonra da bu məsələlər daim diqqət mərkəzində olacaq. Çünki sayı milyonlarla olan xalqın haqqını tapdamaq olmaz”.
Elnarə
İnterpress.az