MSK-nın iclası keçirilibbackend

MSK-nın iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK 79 saylı İmişli Seçki Dairəsində Xoşçobanlı bələdiyyəsi, 92 saylı Zərdab-Ucar Seçki Dairəsində Körpükənd bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində Xırmandalı bələdiyyəsi, 92 saylı Zərdab-Ucar Seçki Dairəsində Məlikumudlu, 77 saylı Astara Seçki Dairəsində Astara bələdiyyəsi, 110 saylı Zaqatala Seçki Dairəsində Muxax bələdiyyəsi, 98 Şəmkir Seçki Dairəsində Hacılar bələdiyyəsi, 85 Şamaxı Seçki Dairəsində Məlhəm bələdiyyəsi, 79 İmişli Seçki Dairəsində Xəlfəli bələdiyyəsi, 107 Qazax Seçki Dairəsində Birinci Şıxlı kənd bələdiyyəsi üzrə müraciətlərdə iddia edilən qanun pozuntularını əsassız sayıb.

Qeyd edək ki, bu gün 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün MSK-ya ayrılmış vaxt başa çatır.

İnterpress.az