Yunanıstan qondarma Erməni soyqırımına dəstək verdibackend

Yunanıstan qondarma Erməni soyqırımına dəstək verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 9 sentyabrda qəbul edilmiş \”Erməni soyqırımı yoxdur deyənə cəza\” qanununa etiraz etmək üçün Afinaya gedən Türkiyənin Tələt Paşa komitəsi təyyarədən düşər -düşməz ölkədən deportasiya edilib.

Təşkilatın nümayəndələrinin verdiyi məlumata görə, dünən (10 yanvar) 9:30 reysi ilə Afinaya gedən təşkilat üzvləri, 10:45-də Afina Hava Limanına eniş ediblər.

Çatar-çatmaz kobud rəftarla qarşılaşan komitə üzvləri bir-bir yoxlamadan keçirilərək polis tərəfindən nəzarətə götürülüb.

Aralarında təqaüdə çıxmış əsgərlərin, elm adamlarının da olduğu heyət bir-bir sorğulanıb.

Bundan sonra mətbuata açıqlama verən heyət üzvləri bildiriblər ki, onların ölkəyə buraxılmamasına səbəb kimi Şengen vizalarının olmaması göstərilib və onlar ölkədən deportasiya olunublar.

İnterpress.az