ABŞ Konqresində teraktın qarşısı alınıbbackend

ABŞ Konqresində teraktın qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Federal Təhqiqat Bürosu bu barədə məlumat yayıb. Məlumatda bir nəfərin saxlanıldığı bildirilir. Ohayo ştatında saxlanılan şəxs Kristofer Li Korneldir ki, o, əsasən Rahil Məhruz Ubeyda adı ilə tanınıb. Həmin şəxs İŞİD-i dəstəkləyən mövqe nümayiş etdirib.

Kornel Konqresə bir neçə partlayıcı maddə yerləşdirməyi planlaşdırıb. FTB şəxsi bomba hazırlamaq barədə məlumatları oxumasından sonra təqib edib. Bundan başqa şəxs odlu silah əldə etməyə çalışıb. O, həmçinin Twitter səhifəsində ekstremist çıxışları ilə diqqəti çəkib. Bütün bu hazırlıqlardan sonra Kornel Vaşinqtona getməyə hazırlaşdığı zaman saxlanılıb.

İnterpress.az