Paris hücumuna görə terrorçulara 20 min dollar verilibbackend

Paris hücumuna görə terrorçulara 20 min dollar verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “ABC News”a xüsusi xidmət orqanlarının iki əməkdaşı deyib.

Beynəlxalq terror təşkilatının Yəmən bölməsi olan “Əl-Qaidə-Ərəbistan yarımadası” hücumun məsuliyyətini öz üzərinə götürüb. Təşkilatın bəyanatında bildirilir ki, aksiyanın planlaşdırılması, hazırlanması və maliyyəsinə başçılıq edildiyi bildirilir. Eyni zamanda Şərif, Səid Kuaşi qardaşlarının əsl qəhrəman olduqları vurğulanır.
Ancaq amerikalı xüsusi xidmət əməkdaşları ələ keçirilən danışıqları analiz etsələr də qardaşlarla terror təşkilatı arasında hansısa əlaqəni aşkar etmədiklərini deyirlər. Fransız məmurlar hesab edirlər ki, Kuaşi qardaşları pulu aldıqdan sonra təşkilatın göstərişləri olmadan da fəaliyyət göstərə bilərdilər.

Onların sözlərinə görə, Şərif Kuaşi Yəmənə 2011-ci ildə gedib və çox ehtimal ki, “Əl-Qaidə”nin yerli lideri imam Ənvər əl-Əvlaki ilə görüşüb.

İnterpress.az