İnterpress.az xəbər verir ki, Salehi tarix kitablarında, dərsliklərdə Güney Azərbaycanla bağlı boşluqların olduğunu bildirərək təhsil sisteminə yönəlik iradlarını dilə gətirib. Arxiv İdarəsi müdirinin sözlərinə görə, təhsil sistemində İran Azərbaycanına diqqətin artırılması artıq qaçılmazdır.
Salehinin fikrincə, İran Azərbaycanı zəngin tarixə malikdir və müxtəlif araşdırmalara mövzu ola bilər. “Bütün bunlarla bölgə üçün ensklopediya yazılmalıdır” deyən Salehi Azərbaycanın tarix boyu İran mədəniyyətinin kökü olduğunu vurğulayıb. Arxiv İdarəsi müdirinin sözlərinə görə, İranda əcnəbilər xalqlar arasında bölücülük yayır.
İnterpress.az