Daha bir dəm qazı faciəsi: 12 yaşlı oğlan boğularaq öldübackend

Daha bir dəm qazı faciəsi: 12 yaşlı oğlan boğularaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə hadisə yanvarın 19-da saat 21 radələrində baş verib.

Şəhərin Nəriman Nərimanov prospekti, 1-ci döngə, ev 6-da yaşayan 2003-cü il təvəllüdlü Zeynalov Qəhrəman Nizami oğlu yaşadığı evin vanna otağında çimərkən dəm qazından boğulub.

12 yaşlı oğlan dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.