Sovet kinosunun əfsanəsi Mixail Nojkin VƏFAT ETDİbackend

Sovet kinosunun əfsanəsi Mixail Nojkin VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ və Rusiyanın Xalq artisti, məşhur aktyor və şair Mixail Nojkin 89 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Xalq artisti, məşhur teatr və kino aktyoru, şair-bəstəkar Mixail Nojkin 89 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı Rusiya Kinematoqrafçılar İttifaqının mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, görkəmli sənətçinin həyat yolu məhz İkinci Dünya Müharibəsinin başladığı günün ildönümündə – 22 iyun tarixində başa çatıb.

Nojkin sovet və rus kinosunda dərin iz qoymuş “Rezidentin səhvi”, “Rezidentin taleyi”, “Göl kənarında”, “Əzablı yollarla”, “Möhtəşəm işlərin başlanğıcında”, “Pyotrun gəncliyi” və “Azadlıq” kimi onlarla məşhur film və seriallarda yaddaqalan rollar canlandırıb.

Xuraman Etibarlı

İnterpress.az