Hamamda yıxılan Olqa Buzovanın dizinə 40 tikiş QOYULDU: Ulduz ustaları MƏHKƏMƏYƏ VERİR – VİDEObackend

Hamamda yıxılan Olqa Buzovanın dizinə 40 tikiş QOYULDU: Ulduz ustaları MƏHKƏMƏYƏ VERİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamamda sürüşüb dizi parçalanan Olqa Buzova ustaları məhkəməyə verir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın məşhur müğənnisi və teleaparıcısı Olqa Buzova evinin hamam otağındakı kafelləri döşəyən ustalardan təzminat tələb etməyə hazırlaşır.

Sənətçi həmin kafelin üzərində sürüşərək dizini ağır şəkildə zədələyib. Nəticədə o, təcili olaraq xəstəxanaya yerləşdirilib, kosmetik prosedurlarını və Rostov şəhərinə planlaşdırılan yaradıcılıq səfərini təxirə salmalı olub.

Artıq bir həftədir həkim nəzarətində olan Buzovanın ayağında sınıq olmasa da, hamamda yıxılarkən parçalanan diz qapağından təcili əməliyyat olunub.

Cərrahiyyə müdaxiləsi üç saatdan çox davam edib və ulduzun dizinə 40-a yaxın tikiş qoyulub.

Buzova yıxılan an evdə olan xidmətçisi dərhal təcili yardımı çağırıb. Maraqlıdır ki, xəstəxanaya gedən yolda sənətçi vaxt itirməyərək üzünə kosmetik qulluq edib və gözaltı maskalar (patçlar) yapışdırıb.

Artıq bu gün o, yeni şousu üçün rəqqasların kastinqinə qatılıb. Həkimlər onun fəallığına baxmayaraq, uzunmüddətli müalicəvi bədən tərbiyəsi məşqləri və reabilitasiya keçməli olduğunu bildiriblər.

Buzova bazar ertəsinə qədər xəstəxanada qalacaq, daha sonra isə müalicə prosedurları üçün ambulator olaraq klinikaya gələcək.

O, hamamda sürüşməsinə səbəb olan kafelləri keyfiyyətsiz döşəyən ustalardan məhkəmə yolu ilə təzminat almaqda israrlıdır.

Xuraman Etibarlı

İnterpress.az