Taker Karlsondan ŞOK BƏYANAT: “Mən artıq Respublikaçılar Partiyasını dəstəkləmirəm”backend

Taker Karlsondan ŞOK BƏYANAT: “Mən artıq Respublikaçılar Partiyasını dəstəkləmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur amerikalı aparıcı Taker Karlson Respublikaçılar Partiyasından imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Amerikalı tanınmış jurnalist və teleaparıcı Taker Karlson rəsmən Respublikaçılar Partiyasından uzaqlaşdığını və artıq respublikaçı olmadığını bəyan edib.

Jurnalist 35 il ərzində ardıcıl olaraq respublikaçılara səs verdiyini, lakin bundan sonra öz vətəndaşlarından çox xarici ölkələrin hökumətlərinin maraqlarını düşünən siyasətçiləri dəstəkləyə bilməyəcəyini vurğulayıb.

Karlsonun bu bəyanatı ABŞ-nin mühafizəkar dairələrində böyük şok və ciddi müzakirələr yaradıb.

Məşhur aparıcı xüsusilə rəsmi Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ölkə daxilində Donald Tramp tərəfdarlarının əsas hərəkətverici qüvvəsi olan “MAGA” (Make America Great Again) hərəkatının tamamilə parçalanmasına və məhv edilməsinə səbəb olduğunu iddia edib.

Karlson ABŞ-nin daxili problemlərini həll etmək əvəzinə, Yaxın Şərqdə yeni dağıdıcı müharibələrə milyardlarla vəsait xərclənməsini kəskin pisləyib.

Analitiklər onun bu qərarının seçkilər ərəfəsində respublikaçıların seçici auditoriyasına mənfi təsir göstərə biləcəyini qeyd edirlər.

Xuraman Etibarlı

İnterpress.az