Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdırbackend

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Trend-ə müsahibəsində deyib.

Diplomat qeyd edib: “Latviya əmindir ki, bu uzun sürən münaqişə yalnız sülh yolu ilə və beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır”.

Nazirin sözlərinə görə, Latviya Avropa İttifaqında sədrliyi çərçivəsində ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə fəaliyyətini tamamilə dəstəkləyir.

E.Rinkeviç, həmçinin münaqişənin həlli prosesində Azərbaycanla Ermənistan arasında birbaşa təmasların vacibliyini qeyd edib.

İnterpress.az