Almaniyada sərxoş kişi ağac evindən düşə bilməyib, onu xilas etmək üçün 70 xilasedici səfərbər olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Almaniyanın Saksoniya federal torpağında təxminən 70 nəfər xilasedici 25 yaşlı kişini ağac üzərindəki evdən xilas etmək üçün əməliyyata cəlb olunub.
Hadisə oktyabrın 29-da Filiz dağlarında, Zematala yaşayış məntəqəsi yaxınlığında baş verib.
Gənclərdən ibarət bir qrup təxminən 6 metr hündürlükdə yerləşən ağac evində əyləncə təşkil edib. Lakin iştirakçılardan biri həddindən artıq sərxoş olduğu üçün aşağı düşə bilməyib.
Dostları kömək üçün yanğınsöndürənlərə müraciət ediblər.
Ağac evinin dəmir yolu xətlərinin yaxınlığında və çətin keçilən ərazidə yerləşməsi səbəbindən xilasedicilər hadisə yerinə dəmir yolu arabası ilə gediblər.
Hündürlükdə xilasetmə üzrə mütəxəssislər kişini xilasetmə xərəyinə yerləşdirərək trosların köməyi ilə təhlükəsiz şəkildə yerə endiriblər.
Daha sonra o, dəmir yolu arabası ilə təcili tibbi yardım avtomobilinə çatdırılıb və xəstəxanaya aparılıb.
Xəstəxanaya yerləşdirilməzdən əvvəl polis onun qanında alkoqolun miqdarını yoxlayıb. Alkotester 2,5 promil göstərici qeydə alıb.
Xilasetmə əməliyyatında yanğınsöndürənlər, polis əməkdaşları, tibb işçiləri və yüksəklikdə işləyən mütəxəssislər iştirak ediblər.
Xuraman Etibarlı
İnterpress.az






