Rusiyada FACİƏ: 4 və 9 yaşlı qardaşlar boğularaq ÖLDÜ – VİDEObackend

Rusiyada FACİƏ: 4 və 9 yaşlı qardaşlar boğularaq ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xabarovsk diyarında iki qardaş göldə boğularaq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Xabarovsk diyarının Mirnı qəsəbəsində 4 və 9 yaşlı iki qardaş faciəvi şəkildə həyatını itirib.

Hadisə zamanı kiçik qardaş anası ilə gəzərkən nazik buzun üzərinə çıxıb və buz qırıldıqdan sonra suya düşüb.

Onu xilas etmək istəyən 9 yaşlı qardaşı da suya atılıb, lakin hər iki uşaq boğulub.

Uşaqların meyitləri su hövzəsindən çıxarılıb. Faktla bağlı cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az