Azərbaycanlı tennisçi finalda amerikalı rəqibini məğlub etdibackend

Azərbaycanlı tennisçi finalda amerikalı rəqibini məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, 32 idmançının iştirak etdiyi turnirin qalibi həmyerlimiz Kənan Qasımov olub.

14 yaşlı tennisçimiz rusiyalı, ukraynalı və qazaxıstanlı yaşıdlarına qalib gələrək finala yüksəlib. Finalda amerikalı Stefan Joromski ilə qarşılaşan Kənan bu görüşdə də qələbə qazanaraq turnirin qalibi olub.

Tennis üzrə 10 qat Azərbaycan çempionu Tələt Rəhimovun tələbəsi olan Kənan Qasımov daha əvvəl Azərbaycan və Bakı birinciliyinin qalibi olub. O saytımıza açıqlamasında yarışla bağlı təəssüratlarını bölüşüb: \”Yarış gərgin keçdi. Ötən həftə keçirilən beynəlxalq turnirin yarımfinal görüşündə zədə almışdım. Buna baxmayaraq, bu turnirdən əvvəl qarşıma məqsəd qoydum ki, birinci olacağam. Qalib gəldiyim üçün çox sevinirəm. Çalışacağam ki, başqa ölkələrdə keçirilən yarışlarda da bu nəticəni təkrarlayım. Hazırda qarşıma qoyduğum məqsəd yaşıdlarım arasında reytinqimi yüksəldərək \”100-lüy\”ə, daha sonra \”Top 50\”yə daxil olmaqdır. Gələcəkdə isə Roje Federer kimi məşhur tennisçi olmaq, \”Australian Open\”, \”Wimbledon\” kimi tunirlərdə ölkəmizi təmsil etmək istəyirəm\”.

Azərbaycanlı tennisçi finalda amerikalı rəqibini məğlub etdi

İnterPress.Az