Çexiyada hava limanında monitorlar tavanla birlikdə YERƏ DÜŞDÜ – VİDEObackend

Çexiyada hava limanında monitorlar tavanla birlikdə YERƏ DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Praqa hava limanında monitorlarla birlikdə tavanın bir hissəsi çöküb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çexiyanın paytaxtı Praqada yerləşən Vatslav Havel adına hava limanında kondisioner sistemlərinin təmiri zamanı tavan konstruksiyasının bir hissəsi monitorlarla birlikdə çöküb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazi mühasirəyə alınıb.

İnsident hava limanında sərnişinlərin hərəkətinə təsir göstərməyib.

Xuraman Etibarlı

İnterpress.az