Məhkəmə Narkoloji Mərkəzdə yanğın törətməkdə təqsirləndirilən şəxsə ömürlük cəza veribbackend

Məhkəmə Narkoloji Mərkəzdə yanğın törətməkdə təqsirləndirilən şəxsə ömürlük cəza verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Məmmədhəsənov 4 il, M.Abdullayev 3 il 6 ay və M.Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib.

Eyni zamanda hökmə əsasən, digər təqsirləndirilən A.Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında T.Məmmədhəsənovun 4 il, M.Abdullayevin 3 il 6 ay və M.Məmmədovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin dövlət ittihamçısı digər təqsirləndirilən A.Məmmədovaya 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza təyin olunmasını istəyib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.(report)

İnterPress.Az