İnterpress.az xarici mətbuata istinadən bildirir ki, bu dəfə Bağdadinin İraqın şimal-qərbində yerləşən Əl-Qaim şəhərində koalisiya qüvvələrinin bombardmanı nəticəsində yaralandığı xəbər verilir.
İraqın baş naziri Heydər Əl-Abadi Bağdadinin yaralanması xəbərini təsdiqləyib. Bağdadinin ancaq xoş təsadüf nəticəsində sağ qaldığını deyən baş nazirin sözlərinə görə, İŞİD lideri daha çox İraqda yox, Suriyada olur.
Xatırladaq ki, bundan əvvəl də dəfələrlə Bağdadi barədə yaralanma və hətta ölüm xəbərləri yayılıb.
İnterpress.az