İnterpress.az xəbər verir ki, Ukrayna hökuməti tarix dəsrliklərində dəyişiklik etmək qərarına gəlib. Dərsliklərdə Böyük Vətən Müharibəsi “İkinci Dünya Müharibəsi”, İkinci Dünya Müharibəsindən sonrakı dövr “sovet işğalı”, 9 may isə Qələbə günü isə “Avropadakı müharibənin sona çatması” kimi yazılacaq.
Təhsil və Elm Nazirliyi ölkədəki təhsil müəssisələrinə göndərdiyi tövsiyədə İkinci Dünya Müharibəsi və SSRİ-nin süqutuna qədər baş verən hadisələrə yanaşmanın dəyişdirilməsini istəyib.
Nazirlik “faşist işğalçılarından azad olunmaq” ifadəsini “nasist işğalçılarının Ukraynadan qovulması”yla əvəz edib.
Müharibənin başlandığı dövrlə bağlı “Ukraynalılar üçün nasizmlə müharibə 1939-cu ilin sentyabrında başlayıb” ifadəsi işlədiləcək. Həmçinin nasizm üzərində qələbədə Ukrayna Qiyamçı Ordusunun da rolu vurğulanacaq. Qələbədə SSRİ-nin əsas rolundan imtina ediləcək və “antiHitler koalisiyasının ümumi rolu” deyiləcək.
Rəsmi sənədlərə görə, 8-9 may Ukraynada Qələbə günü kimi yox, “Xatirə və barış günü”, yaxud “Avropada müharibənin sona çatmasının ildönümü” kimi qeyd olunacaq.
İnterpress.az