Bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, endirim qüvvədən düşəndən sonra Rusiyadan Ukraynaya tədarük olunan qaz üçün tariflər iki ölkə arasında imzalanan sazişə əsasən müəyyən olunacaq.
Baş nazir əlavə edib ki, Rusiya Ukrayna qarşısında qaz tədarükü ilə bağlı götürdüyü öhdəlikləri yalnız qarşı tərəfin borcunu ödədiyi halda yerinə yetirəcək.
Qeyd edək ki, hazırda Ukraynanın Rusiyaya qaz tədarükünə görə borcu 2,44 mlrd. dollardır.
İnterpress.az