Britaniyanın “Sun” qəzeti sinəsi çılpaq qızların fotosunu daha dərc etməyəcəkbackend

Britaniyanın “Sun” qəzeti sinəsi çılpaq qızların fotosunu daha dərc etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, bu barədə \”Sun\” ilə eyni haqqa malik olan digər britaniyalı mətbu orqanı – Times qəzeti xəbər verib.

Times-ın yazdığına görə, ənənəvi olaraq 3-cü səhifəsində topless qız şəklilə qəzet sonuncu dəfə ötən cümə günü çıxıb.

Xəbərlərə görə, bu qərar nəşrin sahibi Rupert Merdok tərəfindən qəbul edilib.

Topless qız şəkillərini 3-cü səhifəsində \”Sun\” qəzeti 44 il bundan əvvəl yerləşdirməyə başlayıb.

Bu ənənəyə görə ötən illər ərzində Sun qəzeti feminist hərəkatı fəalları tərəfindən tənqid edilib.

Feministlərin sözlərinə görə, topless qız şəkli dərc etməklə \”Sun\” qəzeti oxuculara \”qadının sinəsinin beynindən daha vacib olduğu\” fikrini təlqin edir.

Lakin dəfələrlə \”Sun\” qəzetinin 3-cü səhifəsində şəkilləri dərc olunmuş model Jodie Marsh feminist qadınların yanaşması ilə razılaşmayıb.

\”Qəzetin 3-cü səhifəsində görünməyi qızlara qadağan etmək feminizm deyil! Qadınlara sərbəstlik verin!\”, Jodie Marsh yazıb.

Britaniyada \”Sun\” qəzetinin kağız variantından şəkillər yığışdırılsada, on-line versiyada əvvəlkitək qalmaqdadır.

Eyni zamanda qeyd olunub kı, qəzetin kağız versiyasının tirajı azalsa, bu qərara yenidən baxılacaq.

İnterpress.az