Partiyanın mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri 20 yanvar-Şərəf və Ləyaqət günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Yürüşdə VHP Ali Məclisinin sədri Rafiq Manaflı, MNTK sədri Felmar Әləkbərli, Mərkəzi İcra Aparatının sədri Samir Әsədli, partiya sədrinin müavini Arif İsmayılbəyli, DAK həmsədrlərinin müşaviri Әli Hacı Ağaevli, Siyasi Şura, MNTK, Ali Məclis üzvləri, rayon təşkilat sədrləri, Gənclər Təşkilatının üzvləri və partiya fəalları iştirak ediblər.
İnterpress.az