Həbs edilənlərin çoxunun telekommunikasiya departamenti və Elmi-Texnologiya Tədqiqatlar Şurasında işlədiyi bildirilir. Həbslər işlə bağlı aparılan növbəti polis reydi vaxtı həyata keçirilib.
Yanvar ayının əvvəlində hüquq-mühafizəçiləri qanunsuz telefon dinləmərində ittiham olunan 20-dək polis zabitini həbs ediblər. Ötən il isə bu ittihamlarla bağlı onlarla adam həbs olunub.
Rəsmilərə əsasən qanunsuz telefon dinləmələri, Fethullah Gülenin apardığı müxalifət kampaniyasının tərkib hissəsidir.
Türkiyə prezidenti ABŞ-da mənzillənən ruhanini 2013-cü ildəki etiraz çıxışlarının təşkilində və hökuməti devirmək niyyətində suçlayır.
Fethullah Gülen dinləmələrlə bağlı işdə əli olduğu barədə ittihamları rədd edib. Dekabr ayında Türkiyə məhkəməsi Gülenin həbsinə sanksiya verib.
Ötən ilin sonunda polis nüfuzlu ruhanilə əlaqədə olduğu güman edilən qəzet və teleşirkət ofislərində axtarış keçirərək bir neçə media nümayəndəsini həbs edib.
İnterpress.az