Rusiya və İran arasında hərbi əməkdaşlıq gücləndiriləcəkbackend

Rusiya və İran arasında hərbi əməkdaşlıq gücləndiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danışıqlar başa çatandan sonra Şoyqu bildirib ki, hərbi əməkdaşlıq çərçivəsində tərəflər arasında nümayəndə heyətlərinin daha intensiv mübadiləsi, müşahidəçilərin hərbi təlimlərə yollanması, qərargah səviyyəsində ikitərəfli danışıqların aparılamsı, hərbi kadrların hazırlanması, sülhməramlı fəaliyyyət , terrorçuluqla mübarizə, hərbi gəmilərin Rusiya və İran limanlarına baş çəkməsi və bu kimi digər əməkdaşlıq fəaliyyəti nəzərdə tutulub.

RİA Novosti agentliyinin məlumatına əsasən, Hüseyn Dehqan bildirib ki, Rusiya və İran \”klənar qüvvələrin Yaxın Şərqin işlərinə qarışmaq cəhdlərinin qarşını almaq üçün\” səylərini əlaqələndirmək niyyətindədirlər.

\”Bölgədə və dünayda yaranmış vəziyyət Rusiya və İrandan beynəlxalq təhlükəsizlik və regional sabitlik sahəsində birgə əməkdaşlıq etməyi tələb edir\”, İranın müdafiə naziri bildirib.

Rusiya Müdafiə naziri Sergey Şoyqu iranlı həmkarının fikrini tamamlayaraq \”hər iki ölkənin üzləşdiyi təhlükələrin eyni olduğunu və onların qarşısının alınmasının yalnız birgə səylər nəticəsində mümkün olduğunu\” vurğulayıb.

Moskva ilə Tehran arasında saziş İranın dünyanın qüdrətli 6 ölkəsilə nüvə danışıqlarının davam etməsi fonunda imzalanıb.

Bundan əlavə, Moskva ilə Tehran arasında S-300 zenit-raket komplekslərinin İrana satılması barədə müqavilə yerinə yetirilməmiş qalır.

2010-cu ildə Rusiya İrana qarşı BMT Təhlükəsizlik Şurasının qərarı ilə bağlı həmin raket kompleksklərini Tehrana verilməsini dondurmuşdu.

İnterpress.az