ABŞ evində ölü tapılan prokurorun ölümünü araşdıracaqbackend

ABŞ evində ölü tapılan prokurorun ölümünü araşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, prokurorun ailəsi onun öz əcəli ilə öldüyünə inanmır. Ölümün Albert Nisman adlı prokurorun teraktda İranın əli olması ilə bağlı bəzi faktları açıqlamasından sonra baş verməsi şübhələri daha da artırıb.

ABŞ ölüm faktının araşdırılmasında Argentinaya öz köməyini təklif edib. Amerikanın bu ölkədəki səfirliyindən verilən məlumata görə, kömək təklifi prezidentin və əlaqədar qurumların diqqətinə çatdırılıb.

Qeyd edək ki, yanvarın 19-da Nisman sözügedən teraktın araşdırılmasında əldə etdiyi nəticələrlə bağlı Konqresdə qapalı dinləmələrdə çıxış edəcəkdi. Ancaq 19-na keçən gecə evindəki hamam otağında ölü tapılıb.

İnterpress.az