İnterpress.az xəbər verir ki, o, yenə də Amerika dominantlığının dünyada təmini, beynəlxalq iqtisadi qaydalar, diplomatiyanın növbəti tətbiqi və hərbi üsulların konsepsiyasını təqdim edib.
Obama çıxışında Ukraynaya etdiyi müdaxiləyə görə Rusiyanı sərt tənqid edib:“Biz Amerika gücünü və diplomatiyasını nümayiş etdiririk. Biz böyük ölkələrin kiçik ölkələrə hücum etməmək prinsipini müdafiə edirik. Bu timsalda da Rusiyanın təcavüzünü pisləyib Ukraynadakı demokratikləşmə prosesini dəstəkləyirik. Keçən il biz və müttəfiqlərimiz sansksiyalarla bağlı iş aparanda bəziləri hesab edirdi ki, cənab Putinin təcavüzü usta strateqiya və güc nəticəsində ortaya çıxıb. Lakin indi görürük ki, bu strategiya nəticəsində Rusiya izolə olub və onun iqtisadiyyatı məngənədə sıxılır”.
Obama deyib ki, ABŞ, Avropa İttifaqı və digər ölkələr Krımın Rusiyaya anneksiya olunmasını tanımasdılar. Rusiyanı Ukraynanın şərqindəki konfliktə qarışmaqda ittiham etdilər və sanksiyalar tətbiq edildi.
İranla aparılan nüvə proqramı müzakirələrinə də toxunan Obama bildirib ki, danışıqlar bitənə qədər Konqresin bütün sanksiyalarına veto qoyacaq. Bununla yanaşı o, Tehranla danışıqların kəsilməsini də istisna etməyib.
ABŞ prezidenti Kubayla münasibətlərin yaxşılaşdırılmasından da danışıb: “Kubaya qarşı vaxtı çoxdan keçmiş siyasətimizi dəyişirik. Bu il Konqres embarqonun aradan qaldırılması üçün işlərə başlayacaq”.
Obama Çinin Asiyada nəzarəti ələ keçirmək istəyinə qarşı mübarizə aparacaqlarını bildirib: “Çin sürətlə inkişaf edən regiona öz qaydalarını diktə etmək istəyir. Bu, bizim maraqlarımıza ziddir”.
Barak Obama İŞİD barədə geniş danışmasa da bildirib ki, koalisiyanın avizərbələri islamçıların hücumlarını zəiflədir.
İnterpress.az