Ilin ilk üçəmi doğulubbackend

Ilin ilk üçəmi doğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər üçü oğlan olan körpələr ailənin ilk övladlarıdır. Hazırda körpələrin və ananın sağlamlıq durumu yaxşı vəziyyətdədir.

Gəncə şəhər sakini, 23 yaşlı Ramilə Əmrahovanın dünyaya gətirdiyi uşaqlara ad da qoyulub. Onlar Həsən, Məhəmməd və İbrahim adlarını daşıyacaqlar.

Körpələr şəhərdəki özəl klinikalardan birində dünyaya gəliblər.

Klinikanın baş həkimi Gülnaz Babayeva AzərTAc-a eksklüziv müsahibəsində deyib ki, proses normal keçib və yaxın günlərdə ana və uşaqlar evə buraxılacaqlar.

Qeyd edək ki, ötən Azərbaycanda 2308-i əkiz, 48-i üçəm doğulub.

İnterpress.az