Yaxın 2 gün ərzində də Bakı və Abşeron yarımadasında temperatur rejimində ciddi dəyişiklik gözlənilmir. Azərbaycanın əsasən şimal və şərq rayonlarında isə hava şəraiti yağıntılı olacaq, yağış və qar yağacaq. Havanın temperaturu 7-10 dərəcə arasında dəyişəcək.
Yanvarın 22-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman olacağı, səhər və gündüz çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.
Yanvarın 23-də də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün ikinci yarısında az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarının bəzi yerlərində yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Yanvarın 23-də isə Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
İnterpress.az