Qazaxıstan Dağlıq Qarabağda qanunsuz mobil rabitə yaradıbbackend

Qazaxıstan Dağlıq Qarabağda qanunsuz mobil rabitə yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın “Kazaxtelekom” şirkətinin törəmə müəssisəsi olan “Altel” mobil operatorunun saytında işğal altındakı Dağlıq Qarabağda yaradılmış “Karabakh Telecom” şirkəti Ermənistanın mobil operatoru kimi göstərilib. Məlumat şirkətin həyata keçirdiyi rouminq xidmətləri bölməsində zənglərin reallaşdırıldığı ölkələrin siyahısında qeyd olunub. (http://www.altel.kz/upload/rouming-partnery_sayt.xls.pdf)

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, məsələnin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün artıq Azərbaycanın Qazaxıstandakı səfirliyinə təlimat verilib: “Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən və qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının telekommunikasiya məkanına müdaxilə edən “Qarabağ Telekom” şirkətinin bu kimi “rouminq sazişləri” XİN və diplomatik nümayəndəliklərimizin səyləri nəticəsində dünyanın bir sıra ölkələrində dayandırılıb”.

H. Hacıyevin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimlə hər hansı bu cür əlaqələr, qeyri-qanuni iqtisadi fəaliyyət daim nazirliyin və diplomatik nümayəndəliklərin gündəliyindədir. ( apa )

İnterpress.az