Prezidentin cavabını nazir verdibackend

Prezidentin cavabını nazir verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Obamanın sanksiyalar vasitəsilə Rusiyanı izolə etdikləri barədə sözlərinə münasibət bildirən Lavrov bunun heç bir uğur gətirməyəcəyini deyib: “Biz qərb tərəfdaşlarımızdan tez-tez eşidirik ki, Rusiyanı izolə etmək lazımdır. Obama da dünənki çıxışında bu barədə danışıb. Bütün bu cəhdlər nəticə verməyəcək”.

Lavrov Vaşinqtonu Rusiya ilə bərabər səviyyədə konstruktiv münasibətlərə çağırıb. Xarici işlər naziri növbəti “soyuq müharibə”yə imkan verməyəcəklərini deyib.

Lavrovun sözlərinə görə, son illərin hadisələri onu göstərir ki, qlobal problemlərin həllinə və stabilliyə ancaq birlikdə nail olmaq mümkündür: “Buna Qərbin nəyin bahasına olursa olsun dünya liderliyini ələ alma hərisliyi mane olur”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Konqresdəki çıxışında Rusiyaya qarşı aparılan embarqo siyasətinin uğurlarından danışaraq rəsmi Moskva təcavüzkar siyasətindən əl çəkməyəcəyi təqdirdə sanksiyaların davam etdiriləcəyini vurğulayıb.

İnterpress.az