İnterpress.az xəbər verir ki, Birləşmiş Ştatlarda həbsxana qaydalarına görə, məhkuma 0,25 dyumdan (5 mm) artıq saqqal saxlamaq qadağan edilir. Lakin Holt müsəlman kimi azı bir santimetr saqqal saxlamaq hüququnun olduğunu iddia edib. Məhkəmə qərar verib ki, mövcud qayda Holtun konstitusiya hüququnu pozur. O və onun əqidə yoldaşları daha uzun saqqal saxlaya bilərlər.
Məhkum Ali Məhkəməyə Arkanzas ştatından müraciət edib. Holt eks-prezident Corc Buşun qızlarını qaçırma və onlara ziyan vurma ittihamı ilə həbs edilib.
İnterpress.az