İnterPress.Az-ın \”Bild\”ə istinadən verdiyi məlumata görə, 59 yaşlı mütəxəssisə məşqlərdə aldığı zədə üzündən qan dövranının pozulması diaqnozu qoyulub. O, Frayburqdakı universitet xəstəxanasının stasionar hissəsinə yerləşdirilib.
Baş məşqçinin iyunun 8-də səfərdə Belarus, iyunun 11-də isə evdə Estoniya ilə AVRO-2020-nin seçmə qrup oyunlarını buraxacağı bildirilir.
Qeyd edək ki, Yoahim Löv Almaniya millisinə 2006-cı ildən rəhbərlik edir. Onun rəhbərliyi altında Bundestim dünya çempionatlarında qızıl və bürünc, Avropa çempionatlarında isə gümüş və iki dəfə bürünc medal qazanıb.
İnterPress.Az