Afrika Çempionlar Liqasının oyunu qalmaqalla yekunlaşıbbackend

Afrika Çempionlar Liqasının oyunu qalmaqalla yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az -ın məlumatına görə, ilk oyundakı 1:1 hesablı heç-heçənin revanşında birinci qolu \”Esperans\” vurub. 59-cu dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər.

Lakin baş hakim qolu ofsayd səbəbindən ləğv edib. \”Vidad Kasablanka\”nın oyunçuları epizoda VAR-ın köməyi ilə baxılmasını tələb ediblər. Qonaq komandanın bu qərarı meydan sahiblərinin azarkeşlərinin sərt reaksiyası ilə qarşılaşıb. Onlar meydana kənar əşyalar atmağa və pirotexnikadan yararlanmağa başlayıblar. Lakin baş hakim VAR-dakı texniki nasazlığın ortaya çıxması ilə əlaqədar video-təkrardan yararlana bilməyib.

Nəticədə \”Vidad Kasablanka\” futbolçuları matçı davam etdirməkdən imtina ediblər. Onları Afrika Futbol Konfederasiyasının prezidenti Əhməd Əhmədin müdaxiləsi də fikirlərindən döndərməyib. Nəticədə 1,5 saatadək dayandırılan oyunun final fiti səsləndirilib və \”Esperans\”ın 1:0 hesablı qələbəsi qeydə alınıb. Tunis təmsilçisi ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qalibi bu gecə müəyyənləşəcək. İspaniyanın paytaxtı Madriddəki \”Vanda Metropolitano\” stadionunda keçiriləcək final matçında İngiltərənin \”Liverpul\” və \”Tottenhem\” komandaları üz-üzə gələcək.

İnterPress.Az