Türkiyə ABŞ ilə Rusiyadan gizli S-400 danışıqları aparır?backend

Türkiyə ABŞ ilə Rusiyadan gizli S-400 danışıqları aparır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, danışığın gedişində Ərdoğan ABŞ-lı həmkarına S-400 məsələsi ilə bağlı birgə çalışmaq üçün ortaq qrup yaradılmasını təklif edib.

Bu dünya mediasının gündəminə çevrilmiş və bəzi mənbələr sözügedən məsələni Türkiyənin Rusiyadan gizli S-400 danışıqları aparması kimi qiymətləndirmişdi.

Bu gün rəsmi Kreml məsələyə aydınlıq gətirib. Kreml sözcüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada bunun Türkiyənin şəxsi işi olduğunu qeyd edib:

“Ankaranın bizə məlumat verməsi önəmli deyil. İki ölkə arasındakı danışıqların predmeti bizim məsələmiz deyil. Biz sadəcə türkiyəli ortaqlarımızla reallaşmaqda olan S-400 sistemlərinin quraşdırılması üzərində ciddi səylə işləyirik. Türkiyə öz planlarını ikinci və üçüncü ölkələrlə istədiyi zaman bölüşə bilər”.

İnterpress.az