Şenol Günəşdən İslandiyaya cavab: Şəhər böyüyüb, beyinlər kiçilibbackend

Şenol Günəşdən İslandiyaya cavab: Şəhər böyüyüb, beyinlər kiçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək İslandiya-Türkiyə oyunundan öncə mətbuat konfransında çıxış edən Ş.Günəş deyib:

“İslandiya Avropa və dünya çempionatlarındakı oyunları ilə rəğbət qazandı. Mən 43 il öncə, yəni 1976-cı ildə İslandiyada olmuşam. Meydan eyni ola bilər, şəhər (Keflavik – red.) isə çox dəyişib, böyüyüb, amma beyinlər kiçilib.

İslandiya çox gözəl ölkə idi, havası təmiz, soyuq, amma insanları istiqanlı, mehriban idi. İslandiya məndə yaxşı təəssürat oyatmışdı, amma indi o təəssürat yoxdur”.

Baş məşqçi iki məmurun tərbiyəsiz davranışını müzakirə etmək niyyətində olmadığını bildirib:

“Mən 53 ildir futbolun içindəyəm. Amma belə gömrük görməmişəm. 6,5 saat yol gəldik, 2-3 saat da gömrükdə qaldıq. İslandiya əhalinin sayı baxımından kiçik ölkədir, lakin biz burada insani dəyərlərin böyük olduğunu düşünürdük. Bunu kiçiltdinizmi? Biz böyük dövlətik, böyük millətik, kiçik işlərlə məşğul olmuruq. Bu mövzunu bağlayıram”.

Qeyd edək ki, iyunun 10-da Türkiyənin Xarici İşlər Naziriliyi İslandiyaya nota verib. Buna səbəb 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşmaq üçün bu ölkəyə yollanan Türkiyə millisinin üzvlərinin Keflavik hava limanında xoşagəlməz münasibətlə qarşılaşması olub.

İslandiyalı məsul işçilər futbolçuları təqribən iki saat pasport yoxlanışı məntəqəsində gözlədiblər. Həmçinin, türkiyəli futbolçu Emre Belözoğlu açıqlama verərkən İslandiya vətəndaşının arxadan gələrək mikrofonların yanına tualet fırçası uzatması ilə gərginlik daha da artıb.

İnterpress.az