Premyer Liqa komandasına yeni baş məşqçi təyin olunubbackend

Premyer Liqa komandasına yeni baş məşqçi təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “The Telegraph”a istinadən xəbər verir ki, komanda Stiv Bryusa tapşırılacaq. Ötən mövsüm İngiltərə Çempionşipində yer alan “Şeffild Uensdey”ə rəhbərlik edən 58 yaşlı mütəxəssisin təyinatının tezliklə açıqlanacağı bildirilir.

Klub Asiya toplanışına getmək üçün Bryusa viza alınması üzərində işləyir.

Qeyd edək ki, “Nyukasl” ötən mövsüm başa çatandan sonra Rafael Beniteslə yeni sözləşmə imzalamayıb. İspaniyalı mütəxəssis isə Çin Super Liqasında çıxış edən “Dalyan İfan”ın baş məşqçisi təyin olunub.

İnterpress.az