Bura dünya liderləri, nüfuzlu biznesmenlər, zəngin adamlar toplaşır.
Bunlar elə adamlar deyil ki, pulları xərcləməklə qurtarsın.
Forumun davam etdiyi bir həftə ərzindəDavosdakı yemək-içməyin qiyməti ceyranın belinə qalxır.
Hətta konfransların keçirildiyi məkanlarda da qiymətlər astronomikdir.
CNBC xəbər verir ki, məsələn, hotdoq 38 İsveçrə frankı (təxminən $43.50), Sezar toyuq salatı 48 frank (təxminən $55), bir qədəh pivə isə təxminən 7.50 dollara satılır.
Qiymətlərin baha olmasının bir səbəbi də bu günlərdə İsveçrə Mərkəzi Bankının frankın avroya nisbətən bahalanmasına imkan verməyən limiti ləğv etməsi olub. Frank həm dollar, həm də avroya nisbətən təxminən 30 faiz bahalaşıb.
Düzdür, Davos Forumuna gələnlərin çoxu pula pul demir. Amma Davos turistlərin sıx-sıx gəldiyi şəhər olduğu üçün avronun dəyərdən düşməsi onların İsveçrəyə axınını azalda bilər.
Davosdakı dükanlara baxanda isə bunların çoxunun məhz turistlərə hesablandığı hiss olunur.
Bu dükanlarda bahalı, lüks saatlar, geyimlər, eynəklər satılır. Forum dövründə qiymətlər daha da artır.
Baxmayaraq ki, yerli camaatın getdiyi supermarketlərdə belə qiymət artımı müşahidə edilmir.
İsveçrəyə turistlərin axını qışda olur – xüsusən də qış kurort və istirahət mərkəzlərinə görə.
Yayda isə axın səngiyir.
İnterpress.az