“Qalatasaray” Falkao ilə 3 illik müqavilə bağlayıbbackend

“Qalatasaray” Falkao ilə 3 illik müqavilə bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Ona hər mövsüm üçün 5 milyon avro ödəniləcək. Kolumbiyalı forvardı hava limanında 25 min azarkeş qarşılayıb.

Falkao 2013-cü ildən çıxış etdiyi \”Monako\”nun heyətində Fransa Liqasında ötən mövsüm 15 qol vurub. O, ölkə kubokunda isə 1 dəfə fərqlənib.

Qeyd edək ki, \”Qalatasaray\” daha əvvəl İngiltərə \”Sautgempton\”undan Mario Lemina, \”Brayton\”dan Florin Andone və \”Erzurumspor\”dan Taylan Antalyalını transfer edib. Hazırda \”sarı-qırmızılar\” Superliqada 3 oyundan 4 xalla 9-cu pillədə qərarlaşıb.

İnterpress.az